“Eurovision-2020” mahnı müsabiqəsi Rotterdamda keçiriləcək. NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bu məlumatı tədbirin təşkilat komitəsi yayıb.
Müsabiqənin prodüseri Sitse Bakker deyib ki, onlar Rotterdamı təkcə tarixi şəhər olması və başqa müsbət cəhətlərinə görə deyil, həm də “Eurovision-2020” müsabiqəsinin 180 milyonluq auditoriyası üçün keyfiyyətli yayım təşkil edəcək müasir texnologiyalara malik olan “Ahoy” konsert zalına görə seçiblər.
Müsabiqənin yarımfinalı 2020-ci il mayın 12-dən 14-dək keçiriləcək, final isə mayın 16-da təşkil olunacaq.
Rotterdamın müsabiqəni keçirmək üçün yeganə rəqibi Maastrixt şəhəri olub. Bakker qeyd edib ki, texniki imkanlar, bələdiyyənin dəstəyi, müasir texnologiyalar üzrə meyarları nəzərdən keçirən təşkilatçılar məhz Rotterdama üstünlük veriblər. Paytaxt Amsterdam isə əvvəlcədən müsabiqəni keçirməkdən imtina edib və buna səbəb olaraq münasib konsert meydançalarının hamısının dolu olacağını göstərib.
Niderland “Eurovision-2020” mahnı müsabiqəsinin keçirilməsi hüququnu sonuncu müsabiqədə müğənni Dunkan Lourensin qalib gəlməsi ilə qazanıb.