“The Guardian”: dünyanın ən gözəl şəlaləsi İspaniyada yerləşir

A- A A+

İspaniyanın Uesk əyalətində yerləşən Kola-de-Kaballo (“At quyruğu”) dünyanın ən gözəl şəlaləsi adlandırılıb.

NUHÇIXAN İspaniya KİV-lərinə istinadla xəbər verir ki, şəlalələrin reytinqini tərtib etmək məqsədilə Britaniyanın “The Guardian” nəşri öz oxucuları arasında sorğu keçirib. Nəticədə, İspaniya şəlaləsinin başçılıq etdiyi 20 ən yaxşı şəlalədən ibarət siyahı alınıb.

Şəlalə Ordesa-i-Monte-Perdido Milli Parkının ərazisində yerləşir. Bura populyar turizm marşrutudur. Yaxınlıqda monastır, mənzərəli çay, mağara və müşahidə meydançası yerləşir. Burada təkcə bir deyil, bütöv şəlalələr sistemi mövcuddur. “At quyruğu” isə onlardan ən hündürüdür.

İkinci yeri İtaliyadakı Akvafraca şəlaləsi, üçüncü yeri isə Avstriyadakı Qrava şəlaləsi tutublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: