Sentyabr 10-12-də Azərbaycan Turizm Bürosu Almaniyanın Berlin, Hamburq və Frankfrut şəhərlərində silsilə tədbirlər keçirəcək.
Dövlət Turizm Agentliyindən NUHÇIXAN-a bildirilib ki, B2B (Biznesdən-biznesə) formatlı görüşlərdən və seminarladan ibarət tədbirlərdə Azərbaycan turizm sektorunun Almaniya və Avropa bazarları üzrə fəaliyyət göstərən 7 turizm şirkəti və hoteli iştirak edəcək.
Silsilə tədbirlər zamanı Azərbaycanın turizm potensialının təqdimatı baş tutacaq, ölkənin turizm marşrutları, görməli yerləri və hotelləri barədə iştirakçılara geniş məlumatlar veriləcək.
150-yə yaxın Almaniya şirkətinin qatılacağı görüşlər zamanı qarşılıqlı fikir mübadiləsi aparılacaq və gələcək əməkdaşlıq imkanları qiymətləndiriləcək.