Dünyanın ən təhlükəsiz 10 şəhəri

A- A A+

Böyük Britaniyanın “Economist Intelligence Unit” şirkəti 2019-cu ildə dünyanın ən təhlükəsiz 10 şəhərini müəyyən edib. NUHÇIXAN CNN telekanalının saytına istinadla xəbər verir ki, “The Economist Intelligence Unit's 2019 Safe Cities” indeksinə görə, dünyanın 60 ən populyar şəhərinin rəqəmsal təhlükəsizlik, sağlamlıq, infrastruktur və şəxsi əmin-amalıq üzrə reytinqi müəyyən edilib. Bu indeks həmin şəhərlərdə rahat istirahət etmək, barlarda və gecə klublarında vaxt keçirmək, parklarda dincəlmək istəyənlərin bələdçisi olacaq.

“The Economist Intelligence Unit's 2019 Safe Cities” dünyanın ən təhlükəsiz şəhərinin Yaponiyanın paytaxtı Tokio olduğunu elan edib. Bu şəhər 100 qiymətləndirmə balından 92-sini toplayıb. İkinci yeri tutan Sinqapur 91,5 balla ikinci, Yaponiyanın Osaka şəhəri isə 90,9 balla üçüncü yerdədir.

Avropa şəhərləri arasında isə ən təhlükəsiz şəhər Amsterdamdır. ABŞ-ın şəhərlərindən ilk onluğa yalnız Vaşinqton daxil edilib.

Terror ehtimalının olmaması, iqlim dəyişmələrinin hiss edilməməsi, cinayətkarlığın səviyyəsinin ən aşağı həddə olması təhlükəsiz şəhərlərin seçilməsində yardımçı meyarlar kimi qəbul edilib. Son günlər iğtişaşların vüsət aldığı Honkonq isə 2017-ci ildəki 9-cu yerdən bu il 20-ci yerə düşüb. Laqos, Karakas, Kəraçi və Dəkkə kimi şəhərlər isə ən təhlükəli yerlər hesab olunub.

“The Economist Intelligence Unit's 2019 Safe Cities” indeksinə görə ilk 10 təhlükəsiz şəhərlər bunlardır:

1. Tokio, Yaponiya

2. Sinqapur

3. Osaka, Yaponiya

4. Amsterdam, Niderland

5. Sidney, Avstraliya

6. Toronto, Kanada

7. Vaşinqton, ABŞ

8. Kopenhagen, Danimarka

9. Seul, Cənubi Koreya

10. Melburn, Avstraliya

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: