Naxçıvanda “Milli Musiqi Günü ” münasibətilə tədbirlər keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanına əsasən hər il dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü-sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Milli Musiqi Günü”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sentyabrın 11-dən başlayaraq “Görüş yeri” kafesinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti ilə start veriləcək tədbirlər çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının və digər yaradıcı kollektivlərin çıxışı, həmçinin “Yallı festivalı” keçiriləcək. Silsilə tədbirlərə sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti ilə yekun vurulacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: