“Hərb və sülh”, “Anna Karenina” kimi əsərlərin müəllifi, görkəmli rus yazıçısı Lev Tolstoy ömrünün son illərini Rusiyanın mərkəzində yerləşən Tula şəhərində keçirib.
NUHÇIXAN lavanguardia.com saytına istinadən xəbər verir ki, yazıçı yoldaşından ayrıldıqdan sonra vegetariana çevrilərək xalq təbabəti ilə məşğul olub, çəkməçi və bağban kimi çalışıb. Hətta kasıb uşaqlar üçün bir məktəb də tikdirib. O, “Yasnaya polina” adlandırdığı bağını nəhəng qərənfil sahəsinə çevirib.
Tolstoy 1910-cu ildə dünyasını dəyişəndən sonra övladları yazıçının qurduğu məktəb və “Yasnaya polina” layihəsini davam etdiriblər. Ancaq bolşeviklər hakimiyyətə gələndən sonra mülkü onların əlindən alıb muzeyə çevirib. Bu zaman qərənfilləri xilas etmək məqsədilə övladları onları İspaniyaya göndərir. Bu fakt 1929-cu ildə İspaniyada çap olunan “Mirador” qəzetində dərc edilən məqalədə də təsdiqini tapıb.