Gənclər 95 yaşlı muzeyi ziyarət ediblər - FOTOLAR

130

NUHÇIXAN xəbər verir ki, gənclərin Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil olunub.

Muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan maddi mədəniyyət, tətbiqi sənət nümunələri nümayiş olunur. Burada həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri də tamaşaçılara təqdim edilir. Muzeyin ekspozisiyasındakı əşyalar  qədim, orta əsrlər, müasir və yeni dövrə aiddir.

Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının bu il 95 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muzeyin 95 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

                                                                           Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: