Tutu.ru saytının keçirdiyi internet sorğusunda iştirak edən 3000 istifadəçi payız fəslində gedilə biləcək ən populyar ölkələri seçiblər.
NUHÇIXAN xəbər verir ki, saytın izləyiciləri əsasən dəniz istirahətinə üstünlük veriblər. Məhz bu səbəbdən də Azərbaycan arzuolunan ölkələr siyahısında ilk yerlərdən birini tutub. Sorğuda iştirak edənlərin 38 faizi ilin son aylarında dənizə, 16 faizi artıq boşalan çimərliklərə, 14 faizi Avropa turuna, 4 faizi Baltik ölkələrinə və yerdə qalanı da evdə keçirməyə üstünlük verdiyini açıqlayıb.