Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd olundu

A- A A+

NUHÇIXAN xəbər verir ki, görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi Məmmədağa Şirəliyevin anadan olmasının 110 illiyi qeyd  olunub.

AMEA Naxçıvan Bölməsində keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti bu il iyulun 19-da "Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncam çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir. 

İsmayıl Hacıyev Məmmədağa Şirəliyevin həyat və yaradıcılığına nəzər salaraq qeyd edib ki,  akademikin elmi yaradıcılığı barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi də məhz Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. SSRİ Elmlər Akademiyasının Bakıda iyirmi ilə yaxın bir dövr ərzində Məmmədağa Şirəliyevin rəhbərliyi altında işıq üzü görən "Sovetskaya tyurkoloqiya" jurnalı bu səpkidə yeganə nüfuzlu nəşr olub, beynəlxalq elm məkanında dünya türkoloqlarının mötəbər tribunasına çevrilib.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, institutun  şöbə müdirləri Nuray Əliyeva, Firudin Rzayev və Dilçilik şöbəsinin əməkdaşı Zülfiyyə İsmayılın çıxışları dinlənilib.  Qeyd olunub ki, 200-dən çox elmi əsərin, 8 kitabın müəllifi olan Məmmədağa Şirəliyevin Naxçıvan Muxtar Respublikasının  dialekt və şivələrinin öyrənilməsində də misilsiz xidmətləri olub. Görkəmli dilçi alimin 1949-cu ildə Naxçıvan dialekt və şivələrinin xüsusiyyətləri haqqında “Naxçıvan dialekti” məqaləsi nəşr olunub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: