Yusif Küseyir oğlu türbəsinə yeni həyat verilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan memarlıq məktəbinin banisi, görkəmli memar Əcəmi Naxçıvaninin şah əsərlərindən biri olan Yusif Küseyir oğlu türbəsi bərpa olunur.
Naxçıvan şəhərinin Şeyx Məhəmməd Xiyabani küçəsində yerləşən bu abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu Türbəsi Azərbaycanın qülləvari türbələri içərisində piramida şəklində olan üst örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir.
Bu ilin iyul ayından türbəyə yeni həyat verilir, abidə orijinal quruluşu saxlanılmaqla bərpa olunur. Abidədə qurunt sularına qarşı mühafizə edilərək möhkəmləndirmə işləri görülür.
Qeyd edək ki, hazırda XII əsrə aid Ərəfsə körpüsündə və Şahtaxtı kəndindəki tarixi hamamda da bərpa işləri davam etdirilir.
Əbülfəz Dünyamalıyev