Polşanın rondel.pl kulinariya portalında dünyanın ən ləzzətli vegetarian yeməkləri siyahısına Azərbaycan milli mətbəxinin vazkeçilməzlərindən olan pomidor çığırtması da salınıb.
NUHÇIXAN xəbər verir ki, “bu fenomenal bir yeməkdir” cümləsi ilə başlayan yazıda xörəyin inqrediyentləri sadalanır. Əlavə olunur ki, bu yemək təkbaşına da doyumlu olmasına baxmayaraq, azərbaycanlılar onu əsasən səhər yeməyi kimi yanında pendir məhsulları ilə birgə yeməyi sevir.