Britaniyalı qraffiti rəssamı Benksinin Britaniya parlamentinin üzvlərini təsvir edən “Devolved Parliament” ("Deqradasiya etmiş parlament”) əsəri rəssamın indiyədək satılmış ən bahalı tablosu ola bilər. Yağlı boyalarla kətan üzərində çəkilmiş tabloya 1,5-2 milyon funt sterlinq (1,9-2,5 milyon dollar) ilkin qiymət qoyulub. NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Sotheby’s” hərrac evinin saytında yerləşdirilib. Məlumatda deyilir ki, hərrac oktyabrın 3-də keçiriləcək
4x2,5 metr ölçüdə tabloda Britaniya parlamentinin İcmalar Palatası təsvir edilib, lakin parlament skamyalarında, qalereyada və sədrin kreslosunda şimpanze və oranqutanqlar oturub. Benksi “Devolved Parliament” əsərini 2009-cu ildə Bristol Muzeyində sərgi üçün yaradıb. Hazırda əsər özəl kolleksiyada saxlanılır, lakin onun sahibinin adı anonim saxlanılır.