NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitetin rektoru Saleh Məhərrəmov Milli musiqi günün əhəmiyyətini qeyd edərək,müəllim və tələbələri yeni dərs ilinin başlanğıcı və Milli Musiqi Günü münasibətilə təbrik edib.
Çıxış edənlər vurğulayıblar ki,Şərqdə ilk operetta janrının yaranması və Azərbaycanda musiqili komediyanın ilk nümunəsi Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Bildirilib ki, bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayan korifey sənətkarın əsərləri bu gün də mükəmməl fəaliyyətinin yadigarı kimi istifadə edilir.
Tədbirin bədii hissəsində universitetin İncəsənət fakültəsi tələbə və müəllimlərinin ifasında dahi bəstəkarın bəstələdiyi mahnılar səsləndirilib.
Səadət Əliyeva