NUHÇIXAN xəbər veri ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Naxçıvan rəssamlıq məktəbinin istedadlı nümayəndələrindən Sabir Məmmədovun əsərlərindən ibarət Albom-Kataloq işıq üzü görüb.Həm güclü kolorist, həm heykəltraş, həm də Naxçıvan Döymə Sənəti Məktəbinin ilk yaradıcılarından olan rəssamın əsərləri içərisində doğma diyarımız Naxçıvanın təbiətini, tarixini, adət-ənənələrini özündə əks etdirən əsərlər üstünlük təşkil edir. Albom-Katoloqdakı “Naxçıvan qala”, ”Qədim toy”, ”Yurdumuz”, ”Əlincə kəndi”, ”Sac çörəyi”,”Qədim Naxçıvan 1830”,”Haça dağ” və s. əsərlər rəssamın bənzərsiz istedadından xəbər verir. Sabir Məmmədov bir rəngkar və qrafik olaraq həm də portret, natürmort mövzulu kompozisiyalar müəllifidir. Bir çox Respublika və beynəlxalq sərgilər iştirakçısı olan rəssamın yaradıcılığında monumental dekorativ sənət nümunələri də üstünlük təşkil edir.
Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəfis şəkildə tərtib olunan Albom-Kataloqda rəssamın digər əl işlərinin də fotoları yer alır.
Albom-Kataloq rəssamın 65 illik yubileyi ərəfəsində muxtar respublikanın 95 illiyi münasibətilə tərtib olunub.