Qazaxıstanın Qızıl Orda vilayətində türkdilli ölkələrin ənənəvi folklor və musiqi sənətinin “Qorqud və Böyük Çölün melodiyaları” festivalı keçirilib.
NUHÇIXAN xəbər verir ki, TÜRKSOY-un və Qızıl Oda vilayəti rəhbərliyinin təşkil etdiyi festivalda Qazaxıstan, Türkiyə, İran, Gürcüstan, Azərbaycan, Özbəkistan və Qırğızıstandan təxminən 150 nümayəndə iştirak edir. Tədbir çərçivəsində regional mərkəzdə “ Dədə Qorqud irsinin türkdilli dünyadakı rolu” adlı beynəlxalq elmi-nəzəri konfrans və türkdilli ölkələrin gənclərinin görüşü keçirilib.
Festival iştirakçıları Karmakşı rayonundakı Qorqud ata xatirə kompleksini ziyarət ediblər. Tədbir çərçivəsində elmi-nəzəri konfrans, sənətkarların sərgisi və tematik görüşlər təşkil edilib.
Xatırladaq ki, festivalı hər 3 ildən bir keçirilir.