Norveçin Bude şəhəri 2024-cü ildə Avropanın mədəniyyət paytaxtı adını qazanıb

A- A A+

Norveçin Bude şəhəri Avropanın 2024-cü ildə mədəniyyət paytaxtı adlandırılıb.

NUHÇIXAN Norveç KİV-lərinə istinadla xəbər verir ki, Bude 2024-cü ildə Avropanın mədəniyyət paytaxtı titulunu digər iki şəhərlə bölüşdürməli olacaq. Bunlardan biri Estoniyanın Tartu şəhəridir. Avstriyadan olacaq digər şəhər isə bu ilin sonunadək seçiləcək.

Qeyd edək ki, fiordlar ölkəsi mədəniyyət paytaxtı adına artıq üçüncü dəfədir layiq görülür. Daha əvvəl 2000-ci ildə Bergen və 2008-ci ildə Stavanger Avropa paytaxtları adını qazanıblar.

Mədəniyyət paytaxtı statusunu almaq uğrunda keçirilən müsabiqədə Bude Bosniya və Herseqovinanın Mostar və Banya-Luka şəhərlərini üstələyərək Qütb dairəsindən şimalda yerləşən ilk Avropa mədəniyyət paytaxtı adına sahib olub.

Əhəmiyyətli amillərdən biri odur ki, Bude bu statusa heç bir dövlət dəstəyi olmadan yiyələnib. Adətən belə statusları əldə etməkdən ötrü digər ölkələrin hökumətləri ciddi inzibati və maliyyə vəsaitləri sərf edirlər.

İndi Bude şəhərinin hakimiyyət orqanları 2024-cü ilədək ictimai əhəmiyyət kəsb edən bir sıra tədbirlərin keçirilməsini və binaların tikintisini planlaşdırır.

Qeyd edək ki, dağlar və okeanla əhatə olunmuş, Qütb dairəsindən şimal istiqamətində yerləşən Bude həm də böyüklüyünə görə ikinci Norveç şəhəridir. Gözəl təbiətə malik şəhər son illər dünyanı hər yerindən turistləri özünə cəlb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: