NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “Ümumdünya Turizm Günü” ilə bağlı tədbir keçirilib.
Turizm Departamentinin direktoru Əkbər Novruzov qeyd edib ki, Ümumdünya Turizm Günü 1979-cu il sentyabrın 27-si təsis edilib və dünyanın 150-dən çox ölkəsində hər il bu gün turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.
Vurğulanıb ki, muxtar respublikada mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları həmçinin müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı isə dayanıqlı turizm sektoru formalaşdırmasına zəmin yaradacaq. Hazırda tikintisi davam edən Ağbulaq Xizək Mərkəzi muxtar respublikada qış turizminin inkişafına mühüm töhfə verəcək.
Tədbirdə muxtar respublikanının turizm potensialının təbliği istiqamətində də departament tərəfindən görülən işlər barədə ətraflı məlumat verilib.
Sonra “Duzdağ mehmanxanası” MMC-nin müdiri Vurğun Səfərov, “Qafqaz Turizm” MMC-nin rəhbəri Mehman Şabanov və Naxçıvan Universitetinin tələbəsi Sərxan Əliyev muxtar respublikanın turizm potensialı haqqında məlumat veriblər.
Sonda turizm obyektləri ilə bağlı videoçarx nümayiş olunub.