İstanbulda keçiriləcək IV Etnospor Mədəniyyət Festivalında Azərbaycan da təmsil olunacaq

A- A A+

Oktyabrın 3-dən 6-dək İstanbulda IV Etnospor Mədəniyyət Festivalı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, müxtəlif xalqların etnik mədəniyyətlərinin nümayiş olunacağı festivalda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkmənistan, Nigeriya, Sudan, Qazaxıstan, Mərakeş, Fil Dişi Sahili, Fələstin, İraq, Özbəkistan, Pakistan, Rumıniya və Zimbabve olmaqla dünyanın 16 ölkəsinin nümayəndələri iştirak edəcək. Bu məqsədlə Azərbaycan Dövlət Sərhəd Xidmətinin 50 nəfərlik heyəti İstanbula gəlib.

Dünya Etnospor Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz Qarabağ atlarından ibarət suvari dəstə və Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı “Qarabağ atları və Azərbaycan kəlağayısı” kompozisiyası ilə təmsil edəcək.

İstanbulun Atatürk Hava Limanında dörd gün davam edəcək tədbirdə dözüm, qətiyyət və mübarizəni özündə əks etdirən oxçuluq, yağlı güləş, at yarışları, oxatma da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Festivalda minə yaxın idmançının müxtəlif kateqoriyalar üzrə qızıl medal uğrunda mübarizə aparacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: