Türkiyənin məşhur Avrasiya Sənət Kültür və Elm Federasiyasının (ASKEF) nümayəndələri yaxın günlərdə Naxçıvanda olublar. Türk dünyasının müxtəlif ölkələrində mədəniyyət və incəsənətlə bağlı layihələr həyata keçirən qurum üzvləri muxtar respublikada qarşılaşdıqları maraqlı və yaddaqalan məqamlar ilə bağlı mamakhavadis.com saytında fikirlərini bölüşüblər.
NUHÇIXAN həmin rəy və fikirləri izləyiciləri ilə bölüşür:
Savaş Ünal- ASKEF rəhbəri:
“...3 gün davam edən Naxçıvan səfərimiz başladı. Naxçıvanda Əshabi-Kəhf mağarası, Duzdağ, Hüseyn Cavid məqbərəsi və Heydər Əliyev Muzeyi, Heydər Əliyev Sarayı və digər yerləri gəzdik. Nuh peyğəmbərin türbəsi, Möminə xatın məqbərəsi və digər tarixi abidələri gəzən zaman bir şey hamımızın diqqətimizi çəkdi. Bu günə qədər gördüyümüz ən təmiz şəhərdəyik. Yerdə bir dənə də olsun tullantı yoxdur, hər yer olduqca təmizdir. Yaşadığı yeri bu qədər sevən və təmiz tutan naxçıvanlılara sadəcə həsəd apardıq...”
Demet Şahin- aktyor:
“Naxçıvanı sözlə anlatmaq mümkün deyil, gərək bu hissləri yaşayasan. Buranın qorunan təbiəti dağıdılmayıb. Ulu babalarına, torpağına, bayrağına sevdalı gözəl ürəkli insanları, tərtəmiz ətraf mühiti ilə insana rahatlıq verir. Həmişə belə qal, canım Naxçıvan, sevgilərlə”.
Umut Tutcu - tələbə:
“Naxçıvan təbii gözəllikləri ilə mənə çox təsir etdi. Sadəcə gözəlliyi deyil, ondan da artıq əfsunlayıcı bir coğrafiyası var Naxçıvanın. Görülməsi mütləq lazım olan bir məkandır. Xüsusilə də insanların sənətə verdiyi dəyər məni çox sevindirdi. Çünki mədəniyyətin ən yüksək mərtəbəsi incəsənətdir. Fikrimcə, mədəniyyətin ən yüksək mərtəbəsində Naxçıvandan olan ziyalıların izi görünməkdədir. Addım atdığım hər yerdə keçmişin izlərinə rast gəldim. Hər bucağında bir səmimiyyət var. Şəhərin gözəl ürəkli insanları sizi heç unutmayacağam”.
Qonca Aydemir - şair, publisist:
“Gözəlliklər ölkəsi. Haqqında nə desəm azdır. Gözəl insanları ilə daha da gözəlləşir Naxçıvan. Tarixinə, mədəniyyətinə sahib çıxan dostlarıma çox təşəkkür edirəm”.
Fərid Baran - şərhçi:
“Sol tərəfdə Ali Məclis, qarşısında Nazirlər Kabineti, onların ortasında isə Teatr binası. Dünyanın başqa hansı ölkəsində sənətə və sənətçiyə bu qədər qiymət verirlər. Sadəcə şəhərlər və digər yaşayış məntəqələri deyil, dağları və yolları da tərtəmizdir. Yağışın altında çantalarımı daşımağıma məmnuniyyətlə kömək edən ziyalı, gözəl qəlbli, tərtəmiz insanlar. Səhər tezdən səkidə unutduğum pul və sənədlərim olan çantanı, günortadan sonra minlərlə insanın keçib getdiyi yerdə əl vurulmamış şəkildə tapıram. Bəli, oğurluğun olmadığı Naxçıvandan bəhs edirəm. Piyada keçidləri, qarşıdan qarşıya rahat keçməyimiz üçün gözləyən maşınlar, mədəni sürücülər. Kaş ki, bir az gənc olardım və daha əvvəl gəlmiş olardım bura, qalan ömrümü bu təmiz diyarda və dürüst insanların arasında keçirərdim. İnşallah yenidən gəlmək bir daha qismət olar”.
Necla Aslan - müəllim:
“Naxçıvan gördüyüm ən gözəl türk şəhəridir. Çoxmərtəbəli olmayan binaları, təmiz memarlığı məni çox heyrətləndirdi. Qonaqpərvər insanları ilə ən önəmlisi də tarixinə sahib, keçmişinə sadiq bir şəhərdir. Yaşamaq istədiyim şəhərdir. Bu gəzintimizdə tanıdığım insanlara çox təşəkkür edirəm, güman edirəm yenə gələcəyəm”.
Zühal Gedikoğlu – təqaüdçü:
“Mən də Naxçıvanı çox sevdim. Təmiz, hörmətcil, insanları qonaqpərvər, tarixinə sahib çıxmağı bacarırlar”.
Göksenin Cakmak - sənətçi:
“İndiyə qədər gördüyüm ən təmiz və gözəl şəhərdir. Tarixinə sahib çıxan və qoruyan bir şəhər. Cəmiyyət olaraq qonaqlarına hörmətlə yanaşmaq işində də bir nömrədirlər. Məncə gedib yaşanılacaq ideal bir şəhərdir. Naxçıvana salam və sevgilərlə...”