Cəfər Cabbarlı anılıb - FOTOLAR

256

NUHÇIXAN xəbər verir ki, Ədəbiyyat Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib.                                           

Tədbirdə bildirilib ki, yazıçı və dramaturq Cəfər Cabbarlının yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyub,  Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynayıb. Qeyd olunub ki, Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı  ədibin  yaradıcılığına yenidən nəzər salmağa və yeni baxış bucağı altında araşdırmağa yol açacaq.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin tələbələri şair, yazıçı və dramaturq Cəfər Cabbarlının şeirlərindən parçaları bədii qiraət ediblər.

         

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: