Məşhur rəssamın əsəri auksionda 9.9 milyon funt-sterlinqə satılıb

A- A A+

Britaniyalı qraffiti rəssamı Benksinin Britaniya parlamentinin üzvlərini təsvir edən “Devolved Parliament” ("Deqradasiya etmiş parlament”) əsəri auksionda 9.9 milyon funt-sterlinqə satılıb.

NUHÇIXAN xəbər verir ki, yağlı boyalarla kətan üzərində çəkilmiş tablo 2009-cu ildə hazırlanıb. Əsər rəssamın kətan üzərindəki ən böyük işidir və bu günədək satılan ən bahalı rəsm əsəridir. 4x2,5 metr ölçüdə tabloda Britaniya parlamentinin İcmalar Palatası təsvir edilib, lakin parlament skamyalarında, qalereyada və sədrin kreslosunda şimpanze və oranqutanqlar oturub. Benksi “Devolved Parliament” əsərini 2009-cu ildə Bristol Muzeyində sərgi üçün yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: