Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

257

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, qurumun təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Ordu İdeoloji Mərkəzində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Laməkan şairimiz” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutub. 

Tədbir İSBAM tərəfindən hazırlanmış qısa metrajlı sənədli filmin nümayişi ilə başlanıb. Sonra Sabunçu rayon 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin üzvlərinin hazırladıqları “Nəsimi və Dərvişlər” və “Etməgil” kompozisiyaları  nümayiş edilib. Tədbirdə iştirak edənlər İmadəddin Nəsiminin həyat və yaradıcılığı, Azərbaycan və dünya ədəbiyyatında rolundan danışıblar. 

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli  mərkəz tərəfindən həyata keçirilən “Nəsimi 650” layihəsi haqqında iştirakçılara məlumat verib və bildirib ki, lahiyənin davamı, yəni əsas hissəsi bu ay ərzində Türkiyədə həyata keçiriləcək. 

İSBAM sədri ədəbi-bədii proqramın hazırlanmasında əməyi keçən hər kəsə və keçirilən layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirib. Daha sonra layihənin hazırlanmasında dəstək göstərən bir qrup şəxsə təşəkkürnamə verilib.
 
Tədbirdə AMEA-nın əməkdaşları, Mədəniyyət və İncəsənət xadimləri, ehtiyyatda olan zabitlər,  QHT və media təmsilçiləri iştirak ediblər. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: