Qədim Şahtaxtı hamamı bərpa edilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Kəngərli rayonunun  Şahtaxtı kəndindəki qədim hamam yenidən bərpa olunur. 18-19-cu əsrlərə aid olan hamamın daxili və  zahiri görünüşü  tamamilə yeni və yerli materiallarla işlənir. Qədim Şahtaxtı hamamında yenidənqurma işlərinə bu ilin aprelindən başlanıb. Uzun illər kənd sakinlərinin istifadəsində olan hamam sovet hakimiyyəti illərində baxımsızlıqdan tamamilə dağılmaq təhlükəsi ilə üz üzə qalib. Lakin bu gün muxtar respublikada abidələrə göstərilən qayğı bu sənət nümunəsini də əhatə edib. İndi ilk memarlıq üslubu qalmaqla tamamilə yeni bir abidə qurulur. Abidənin özü ilə bərabər ətrafında da abadlıq işləri aparılır. Yəni tikinti işləri kompleks şəkildə görülür. Ətrafdakı evlər və həyətlərin divarları da dövlət hesabına yenilənir. Üzləri suvanır, dam örtükləri isə yeniləri ilə əvəz edilib. Yolun bir hissəsində isə yerli materialdan 50 metrdən artıq məsafədə ağ divar hörülüb.  Şahtaxtı hamamı düzbucaqlı formada olub 210 kvadratmetrlik sahəni əhatə edir. Qurğu yarımyeraltı formada inşa edilib. Yəni bir hissəsi qazılaraq torpağın içərisində yerləşdirilib. Tədqiqatçılar hamamların yeraltı funksiyasının iqlim şəraiti ilə bağlı olduğunu qeyd edirlər. Bu hamam da digərləri kimi divarlarının qalınlığı və tikinti üslubu ilə diqqəti çəkir.

Binanın ümumi uzunluğu 20, eni 9 metrdir. Müxtəlif ölçülərdə 2 salon, 2 köməkçi otaq və ocaqxandan ibarət olan kompleks iki hündür günbəzlə tamamlanır. Bina tavanda açılmış bacalar vasitəsilə  işıqlandırılıb. Bu qədim məişət obyekti  digər hamamlar kimi  mükəmməl mühəndis həlli  ilə işlənib.

Binanın günbəzi xüsusi olaraq rütubətə və digər aşınmalara qarşı davamlı materialla işlənəcək. Şahtaxtı sakinləri bu hamamın yenidən tarixi abidə kimi bərpa olunmasını rəğbətlə qarşılayırlar.  Abidədə  bərpa  işləri yaxın zamanda tam yekunlaşacaq. Binanın ətrafı abadlaşdırılandan sonra küçələr asfaltla örtüləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: