UNESKO-da 2-ci “İpək Yoluna gənclərin baxışı” fotomüsabiqəsinə start verilib.
NUHÇIXAN xəbər verir ki, UNESKO-nun “İpək Yolu”, “Gənclər” və 2013-2022-ci illəri əhatə edən “Mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyi” Proqramları çərçivəsində təşkil edilmiş “İpək Yoluna gənclərin baxışı” adlı fotomüsabiqəyə qeydiyyat 2020-ci il yanvarın 6-dək davam edəcək.
Müsabiqənin əsas məqsədi bugün qloballaşan dünyamızda üzləşilən böyük problemlərlə bağlı maarifləndirmədə vacib rol oynamaq potensialını göstərməkdir.
Müsabiqə İpək Yolu regionunda yaşayan və bu zonaya səyahət edən gənclərə bu regionda qarşılıqlı münasibətlər və mübadilə nəticəsində yaranan ortaq mədəni irsi və plüralist kimliyi daha yaxşı anlamaq və bununla bağlı düşüncələrini paylaşmaq üçün imkan yaradır. Eyni zaman da, qarşılıqlı anlaşmanı və İpək Yolları ilə birləşən müxtəlif xalqlar arasında sülhü möhkəmlətmək məqsədilə müasir dünyadakı qarşılıqlı əlaqələri və mədəni görüşləri genişləndirmək üçün fotoqrafiyanın istifadəsini təşviq edir.
İpək Yolları dəniz və quru yolları şəbəkəsindən ibarət geniş bir coğrafiyadan ibarətdir.
Müsabiqə iki yaş qrupu -14-17 və 18-25, üçün nəzərdə tutulub.
Müsabiqədə iştirak etmək üçün UNEKO-nun https://unescosilkroadphotocontest.org/fr/node/3 saytında rəsmi qeydiyyatdan keçmək lazımdır.