“Stalinin qaranlıq keçmişi” filmi beynəlxalq festivalda sertifikata layiq görülüb

240

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” filmi İranda “International Moving” Film Festivalında nümayiş olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, 12-ci dəfə keçirilən festivalda 120 ölkədən 3046 film nümayiş etdirilib. “Stalinin qaranlıq keçmişi” sənədli filmi festivalın yarımfinalçı sertifikatına layiq görülüb.

Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Xalq artisti Eldost Bayram oxuyub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: