Süni intellekt yarımçıq əsərləri tamamlamağa qadirdir - FOTOLAR

A- A A+

Müasir texnologiyalar artıq rəssamların əsərlərinin üslubunu təhlil etdikdən sonra onları bərpa etməyə və yarımçıq əsərləri tamamlamağa qadirdir.

NUHÇIXAN xəbər verir ki, yeni texnologiyalar sayəsində Pikassonun “Qoca kor gitaraçı” (Vieux Guitariste aveugle) əsəri əsasında onun “İtmiş qadın” (La Femme perdue) əsəri tamamlanıb. Belə ki, Pikassonun mavi dövr üslubu tətbiq edilməklə orijinal əsər bərpa olunub. Süni intellekt Pikassonun rəsm çəkmək üslubunu təhlil edərək onu yarımçıq əsərin tamamlanmasında tətbiq edib.

Eyni zamanda, süni intellektlə Van Qoqun zamanla çox köhnəlmiş əsəri bərpa olunub və Şubertin tamamlanmamış 8 və 10-cu simfoniyaları da başa çatdırılıb.

Artıq müasir texnologiyalar rəssamların fırçalarının minlərlə hərəkət tərzini təhlil etməyə və onların surətini rəssamın üslubuna transfer etməyə qadirdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: