Naxçıvan televiziyasının gənc əməkdaşının pyesi uşaq teatrında səhnəyə qoyulur - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq teatrı 13-cü mövsümdə yeni tamaşanın məşqinə start verib. Kollektiv gənc yazar Nuray Nəzərovanın “Mavi işıq” pyesinin səhnə məşqlərini aparır.

Pyesdə sehrli və fantastik qüvvələrin köməyi ilə cadugərlərə və qorxulu varlıqlara qalib gələn iki bacının  yol hekayəsi öz əksini tapıb. Əsərin quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti  Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı Könül Məmmədova, musiqi tərtibatçısı isə Mirsaleh  Seyidovdur.

Səhnə əsərində uşaq teatrının yeniyetmə aktyorları Saymur Babayev, Mehri Nəbiyeva, Nurgül Məmmədova, Aysu Dünyamalıyeva və təcrübəli aktyorlar maraqlı obrazlar yaradacaqlar.

Qeyd edək ki, “Mavi işıq” pyesi Naxçıvan Dövlət Televiziyasının əməkdaşı, gənc jurnalist Nuray Nəzərovanın ilk pyesidir. Həmçinin tamaşa gənc rəssam  Könül Məmmədovanın da quruluş verdiyi  ilk işi olacaq.

Pyesdəki obrazlar Azərbaycan və  dünya ədəbiyyatından hamımıza yaxşı tanış olan qəhrəmanlardır. Tamaşada müəllifin məqsədi Azərbaycanı dünyanın bir hissəsi olduğunu və dünyanın da ölkəmizi yaxşı tanıdığını balacalara çatdırmaqdır. Buna görə də rejissor həllində bütün bunlar nəzərə alınaraq təqdim edilən rəqslər və canlı musiqi tamaşaya xüsusi çalar qatacaq. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: