Qazaxıstanda Dünya Turizm Təşkilatının 8-ci Sammitində 80 ölkədən 1400 nümayəndə iştirak edir - FOTOLAR
Qazaxıstan paytaxtında Dünya Turizm Təşkilatının 8-ci Sammiti öz işinə başlayıb.
NUHÇIXAN xəbər verir ki, “Ağıllı şəhərlər, ağıllı istiqamətlər” devizi altında keçirilən Sammitdə 80 ölkədən 1400 nümayəndə iştirak edir.
Sammitdə, “ağıllı şəhərlər”in inkişafının bu gün dünyanın bir çox nöqtələrində mövcud olan mürəkkəb şəhər problemlərinin həllinə necə kömək edə biləcəyinə diqqət yetirilib.
Tədbirdə dayanıqlılığın, şəhər idarəçiliyinin, innovasiya və texnologiyaların ən vacib problemləri müzakirə edilib, eyni zamanda, turizmin inklüziv və dayanıqlı şəhərlərin inkişafına kömək yolu kimi ağıllı şəhərin gündəliyinə daxil edilməsinin vacibliyi vurğulanıb.
Sammit çərçivəsində Qazaxıstanın turizmini əks etdirən stendlər nümayiş olunur.
Sammit oktyabrın 12-nə kimi davam edəcək.