CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, beynəlxalq aləmdə çox yaxşı tanınan CNN kanalının ərəbdilli saytında muxtar respublika ilə bağlı maraqlı məlumatlar yerləşdirilir. Növbəti dəfə də kanal ərəbdilli izləyicilər üçün Naxçıvanda yerləşən məşhur “Əshabi-Kəhf” ziyarətgahı ilə bağlı videomaterial hazırlayıb. Videoda qədim dini ziyarətgah haqqında ətraflı məlumat verilir. Müqəddəs Qurani-Kərimdə adı çəkilən Əshabi-Kəhfin dünyanın bir çox yerlərində olması ilə bağlı iddialar edilsə də, yerli sakinlər bu yerin məhz Naxçıvandakı Əshabi-Kəhf olduğunu deyirlər. Qeyd olunur ki, bura gələnlər  müqəddəs sayılan bu yerləri ziyarət etməklə dualarının daha tez qəbul olunacağına inanırlar. Ziyarətgahda insanların yerinə yetirdiyi müxtəlif ayinlər, inanclar sistemi haqqında da ərəb dilində ətraflı məlumat verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: