Hüseyn Cavidin “İblis” əsərinin Monteneqro dilinə tərcüməsi başa çatdırılıb

A- A A+

Məşhur Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin Monteneqro dilinə tərcüməsi başa çatdırılıb.

NUHÇIXAN xəbər verir ki, tərcümənin təqdimat mərasimi yaxın vaxtlarda Podqoritsada keçiriləcək.

Serbiyanın populyar “Danas” nəşrində bu barədə məlumat dərc edilib. Materialda yazıçının qısa tərcümeyi-halı verilir. Qeyd edilir ki, Hüseyn Cavidin həyat və yaradıcılığı mürəkkəb tarixi dövrə - Stalin totalitarizmi illərinə təsadüf edir. Yazıçılara məlumat kimi bildirilir ki, Cavid Sibirə sürgün edilib və 1941-ci ildə orada vəfat edib.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan hökumətinin fəal dəstəyi ilə Podqoritsadakı Kral parkında Hüseyn Cavidin büstü qoyulub. Büstün açılış mərasimində Azərbaycandan gəlmiş yüksəkvəzifəli qonaqlar iştirak ediblər.

“İblis” əsərinin tərcüməsinin təqdimat mərasimi Azərbaycanın Monteneqrodakı diplomatik missiyası tərəfindən Azərbaycan-Monteneqro mədəni və iqtisadi mərkəzi ilə birgə təşkil ediləcək. Mərasimdə Azərbaycanın və Monteneqronun görkəmli yazıçılarının iştirakı və çıxışları gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: