Azərbaycan ucuz əlüstü yeməyə (“fast-fud”) görə turistlər arasında 5 ən populyar ölkədən biridir.
NUHÇIXAN Rusiyanın “TurStat” turizm portalı əlüstü yeməyin ucuzluğuna görə rusiyalı turistlər arasında populyar olan ölkələrin reytinqini təqdim edib. MDB ölkələri “fast-fud”un qiyməti ucuz olan populyar turizm istiqamətlərinin ilk beşliyinə daxildir.
Reytinq populyar turizm istiqamətlərində “BiqMak” burgerlərinin qiymətlərinin müqayisəsinin nəticələrinə əsasən tərtib edilib.
“TurStat”ın məlumatına görə, belə burger ən ucuz Rusiyada, ən baha isə Avrozona ölkələrində satılır. “BiqMak” Azərbaycanda 4 manata, Türkiyədə 4,04 manata, Polşada 4,7 manata, Çexiyada 6 manata, Tailandda 6,6 manata, BƏƏ-də 6,75 manata satılır.