Mədəniyyət Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
NUHÇIXAN xəbər verir ki, müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, o cümlədən respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin magistr tələbələri iştirak ediblər. Müsabiqəyə təqdim olunan əsərlərə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət Komissiya tərəfindən baxılacaq.
Qaliblərə heykəltəraşlıq, rəngkarlıq, qrafika (o cümlədən kitab qrafikası), dekorativ-tətbiqi sənət nominasiyaları üzrə mükafat və diplomlar təqdim olunacaq.
Müsabiqənin mükafat fondu aşağıdakı qaydadadır:
Birinci yer (bir nəfər)- 10 000 manat
İkinci yer (bir nəfər)- 7000 manat
Üçüncü (bir nəfər)- 5000 manat
Həvəsləndirici mükafat:
8 nəfər, hər biri - 1000 manat