Gənc musiqiçilər Ərtoğrol Cavidin əsərlərini ifa ediblər

248

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr edilən tədbir  və  onun əsərlərindən ibarət konsert olub.

Əvvəlcə Ərtoğrol Cavidin həyat və yaradıcılıq yolu haqqında ətraflı məlumat verilib.

Daha sonra tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında Ərtoğrol Cavidin əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib. Məktəbin “Skripkaçalanlar”, “Qanunçalanlar” və “Sazçalanlar” ansambllarının ifalarında səslənən “Batabat yaylaqlarında”, “Çal oyna”, “Dağlar” əsərləri alqışlarla qarşılanıb.

Sonda məktəbin xor kollektivinin ifasında “Quşlar” “Ay nəğməsi” mahnıları səsləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: