Sədərəkli gənclər muzeylərdə olub - FOTOLAR

124

NUHÇIXAN xəbər verir ki, Sədərəkli gənclərin Naxçıvan şəhərində yerləşən muzeylərə ekskursiyası təşkil olunub.

Əvvəlcə Heydər Əliyev Muzeyində olan gənclərə  muzeyin ekspozisiyası ilə bağlı dolğun məlumat verilib. Dahi rəhbərin Azərbaycana rəhbərliyinin birinci dövrünü, müstəqillik illərini, eləcə də Ulu öndərin Naxçıvana rəhbərlik etdiyi illəri əhatə edən materiallar maraq doğurub.

Xan Sarayını, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsini, Hüseyn Cavidin Ev Muzeyini ziyarət edən gənclər daha sonra Dövlət Tarix Muzeyində olublar.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: