Azərbaycanı səsimizlə birinci edək

A- A A+

Azərbaycanın turizm brendinin tanıtım videoçarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində 6800 səslə üçüncü pillədə yer alır.

Dövlət Turizm Agentliyindən NUHÇIXAN-a bildirilib ki, hazırkı nəticələrə əsasən ilk pillədə 9800 səslə İspaniya, ikinci pillədə isə 8300 səslə Fransa qərarlaşıb.

Azərbaycanın birinci pillədə yer alması, beləliklə ölkəmizin turizm potensialının təbliği və daha geniş kütlə tərəfindən tanınması və dəyərləndirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu hər kəsdən dəstək gözləyir. Oktyabrın 25-dək davam edəcək müsabiqədə Azərbaycanı qalib etmək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/ linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik edə bilərsiniz. 24 saat ərzində müxtəlif vaxtlarda da linkə daxil olaraq səs vermək mümkündür.

“Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə qalib gələcək film və ya videoçarx Avstriyanın paytaxtı Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək.

Qeyd edək ki, 140 ölkənin qatıldığı müsabiqədə seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla 28 ölkənin film və videoçarxı mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: