Ərtoğrol Cavidin 100 illik yubileyi qeyd olundu

A- A A+

NUHÇIXAN xəbər verir ki, musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi  münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavid məqbərəsini ziyarət ediblər.

Sonra Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanov Ərtoğrol Cavid haqqında xatirələrindən danışıb.

Tədbir iştirakçıları Naxçıvan Dövlət Musiqili Dram Teatrının foyesində Ərtoğrol Cavidə həsr olunmuş kitablardan ibarət sərgiyə baxıblar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edib.

Qeyd olunub ki, Tədbirlər Planına uyğun olaraq muxtar respublika Ali Məclisi Sədrinin Ərtoğrol irsinə böyük qayğısının ifadəsi kimi Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Tofiq Bakıxanovun Ərtoğrol Cavidin bəstəkarlıq fəaliyyətinə həsr olunan  “Natamam ömrün 100 illik təntənəsi” kitabının nəşri həyata keçirilib.

Vurğulanıb ki, Tədbirlər Planı çərçivəsində AMEA Naxçıvan Bölməsinin Ədəbiyyat, Dil və İncəsənət İnstitutu “Ərtoğrol Cavid: Taleyi və sənəti” adlı monoqrafiya hazırlayıb, kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yanında Bilik Fondunun maliyyə dəstəyi ilə 300 tirajla nəşr olunub.

Tədbirdə Naxçıvan Televiziyasının hazırladığı Ərtoğrol Cavidin  həyat və yaradıcılığına həsr olunmuş “Yarımçıq ömrün akkordları” filmi nümayiş olunub.   

Sonra Ərtoğrol Cavidin əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Konsertdə  Ərtoğrol Cavidin “Səninlə olaydım” romansı, “Eşq olsun”, “Poema”, “Batabat yaylaqlarında”, “Melodiya”, “9 variyasiya”, “Quşlar” və “Marş” əsərləri səsləndirilib.

Əbülfəz Dünyamaliyev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: