Naxçıvan Dövlət Xalça Muzeyinə yeni eksponatlar verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublika sakinləri tərəfindən Naxçıvan Dövlət Xalça Muzeyinə  15 ədəd yeni  eksponat təqdim edilib. Eksponatlar xalça, cecim, kilim və palazdan ibarətdir. Bu eksponatların təqdimatı ilə xalça muzeyinin ümumi eksponat sayı 4 minə yaxın olub.

Təqdimatda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işinin daim diqqətdə saxlanıldığını və bu işdə muxtar respublika sakinlərinin yaxından iştirak etdiklərini bildirib.

Sonda tədbir iştirakçıları təqdim olunan yeni eksponatlarla tanış olub və muzeyin ekspozisiyasına baxıblar.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: