Hüseyn Cavid Poeziya Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, şair-dramaturq Hüseyn Cavidin  Naxçıvan şəhərindəki ev muzeyində 137-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şair-dramaturq Hüseyn Cavidin və onun ailə üzvlərinin uyuduğu məqbərəni ziyarət edib, məzarlarının üstünə gül dəstələri qoyublar.

Sonra dahi şairin Naxçıvan şəhərindəki ev muzeyində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova Hüseyn Cavidin həyat və yaradıcılığı barədə geniş məlumat verib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Əməkdar elm xadimi Hüseyn Həşimli, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov şairin yaradıcılığı ilə bağlı çıxış ediblər.  

Daha sonra tədbirdə şairin şeirləri səsləndirilib, sazçalanlar Ərtoğrol Cavidin “Dağlar” mahnısını ifa ediblər.

Sonda tədbir iştirakçıları Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası ilə tanış olublar.

 

                                                                                 Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: