Xalq yazıçısı İsmayıl Şıxlıya həsr edilmiş filmin təqdimatı olacaq

A- A A+

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində ARB “Aranfilm” yaradıcılıq mərkəzinin istehsal etdiyi “Ölən dünyanın yaddaşı” adlı film nümayiş olunacaq.

NUHÇIXAN-ın məlumatına görə, ekran əsəri Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr edilib.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.

Xalq yazıçısı İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Onun yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: