Norveçdə əsrarəngiz körpü-muzey

A- A A+

Təbii sərvətləri ilə zəngin olan və eyni zamanda, sərt iqlimə malik Norveçdə turistlərin ən sevimli məkanlarından biri avtomobillə paytaxt Oslodan bir saatlıq məsafədə yerləşən körpünün üzərindəki incəsənət muzeyidir. Heyrətamiz muzey “BIG-Bjarke Ingels Group”un qeyri-adi layihəsi əsasında yaradılıb.

NUHÇIXAN CNN telekanalının saytına istinadla xəbər verir ki, bu əsrarəngiz muzey Randsvela çayının sahilində yerləşən Kristefos Heykəl Parkının yaxınlığındadır. Çayın üzərindəki Tvist adlanan bu körpü-muzey həm körpü, həm də heykəltəraşlıq muzeyi kimi istifadə olunur. BIG şirkətinin tərəfdaşı və incəsənət direktoru Bjarke Ingels bildirib ki, körpü-muzey bir neçə incəsənət ənənəsinin hibrididir. Muzeyin adı isə məşhur Tvist üslubundan götürülüb. Onun sözlərinə görə, turistlərdən başqa, çayın üzərindən keçən sakinlər də üç qalereyadan ibarət olan muzeyin eksponatları ilə tanış ola bilər.

Muzeyin eksteryeri ikiqat əyri alüminium panellərdən ibarətdir. BİG şirkətinin dizayner qrupu bu panelləri kitab yığını formasında hazırlayıb. Gecələr işıqlandırma sistemi sayəsində onların çayda əks olunan parıldayan görünüşü xüsusi romantik ab-hava yaradır. Muzeyin interyeri isə kosmik dizayn ilə bayırdakı təbiət mənzərəsinin unikal vəhdətini yaradır.

Ətrafdakı Kristefos Heykəl Parkı isə son iki onillikdə Norveçin ən maraqlı mədəniyyət obyekti hesab edilir. Bu heyrətamiz park yapon rəssamı Yayoi Kusama və İslandiya ekoloqu Olafur Eliassonun səyləri ilə salınıb.

Rəsmi açılışı 2019-cu ilin sentyabrında olmuş Tvist körpü-muzeyi Skandinaviya incəsənətinin modern habı sayılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: