NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Babək rayon Mədəniyyət evində Azərbaycan xalqının görkəmli şair və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunan “Nəsimi” filminin nümayişi olub. Gənclər də vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onlara dövlətçiliyə sədaqət ruhunun aşılanması məqsədilə təşkil edilən filmin nümayişində 200-ə yaxın yeniyetmə və gənc iştirak edib.
Qeyd edək ki, film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib.