MDB ölkələrinin arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının iclası olub

A- A A+

Qırğızıstanın Bişkek şəhərində MDB ölkələrinin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının növbəti iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, Şuranın iclasında MDB üzvü olan ölkələrdən Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan, Tacikistan, Qırğızıstanın arxiv xidməti rəhbərləri və nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsinin həlledici səs hüquqlu nümayəndəsi iştirak edib.

Ölkəmizi tədbirdə Milli Arxiv İdarəsinin Sənədlərin istifadəsi və nəşri şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil edib.

Tədbirin gündəliyinə uyğun olaraq, Məşvərət Şurasının üzvləri təmsil etdikləri ölkələrdə 2018-2019-cu illərdə arxiv işi sahəsində görülmüş işlər, mövcud problemlər və perspektivlər barəsində məlumat verib. Üzv ölkələr üzrə çıxışlardan sonra gündəlikdə duran məsələlər barəsində aidiyyəti üzrə müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: