NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həmzə Sadiqovun 13 rəsm əsəri Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən muzeylərə hədiyyə edilib.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova son illər incəsənət adamlarına, o cümlədən rəssamlara göstərilən dövlət qayğısından danışıb. Sonra əməkdar rəssam Həmzə Sadiqov ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, rəssamın əsərləri Naxçıvan Dövlət Rəsm Qalareyasına, Naxçıvan Dövlət Tarix Muzeyinə, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə və Qarabağlar Türbə Kompleksinə də hədiyyə edilib.
Sonra sərgi ilə tanışlıq olub.
Xanım Rüstəmzadə