Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, noyabrın 1-dən 8-dək Türkiyənin Fethiye bölgəsində keçirilən “II Dənizlərimiz və Rənglərimiz” Beynəlxalq Rəsm Plener-Festivalında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri də iştirak edir.

Festival Egey və Ağ dəniz sularında iki hissəli olaraq keçirilir. Bu dəfə bu mötəbər tədbirdə Azərbaycanımızı Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müdiri, Naxçıvanın əməkdar rəssamı Həbibə Allahverdiyeva, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, Rəssamlar Birliyinin üzvü Murad Nurlu, Naxçıvan Rəssamlar Birliyinin üzvləri Arzu Novruzov, Həbib Allahverdiyev, Bakı şəhərindən rəssam-keramikaçı Ramiz Abbasov və rəssam-heykəltəraş, musiqiçi Vədut Muəzzin təmsil edirlər. 

Festivalın əsas hissəsi dənizdə keçirildiyi üçün iştirakçılar iki gəmidə plener ediblər. Bundan başqa xüsusi olaraq dəniz altında plener etmək üçün məşqlər keçiblər. Məşqlərdən sonra su altında xüsusi kətanlar üzərində yağlı boyalarla əsərlər çəkilib.

Rəssamlarımız 9 Noyabr "Dövlət Bayrağı Günü"nü də qeyd ediblər. 

Azərbaycanlı rəssamlar su üstündə və dəniz altında ümumilikdə 25 əsər işləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: