NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “9 noyabr-Dövlət Bayrağı Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabe müəssisələrində çalışan və nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan gənclərin Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri olan Dövlət bayrağı haqqında gənclərə ətraflı məlumat verilib.
Sonra gənclər muzeylə tanış olublar. Burada gənclərə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb, 2014-cü il noyabrın 17-də fəaliyyətə başlayıb.