Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi qeyd olunacaq

A- A A+

Dekabrın 16-da Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçiriləcək.

Heydər Əliyev Sarayının mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, yubiley gecəsində Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Suxişvili adına Gürcüstan Milli Baleti, “Ləzginka” Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, “Alan” Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alaniya), Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak edəcəklər.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Qeyd edək ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında və xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: