Muzey fondları zənginləşdirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən muzeylərə müxtəlif maddi-mədəniyyət nümunələri hədiyyə edilib. Bu münasibətlə Xan Sarayında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, cari ilin ötən dövrü ərzində muxtar respublikanın muzeylərinə 2044 yeni eksponat daxil olub. Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən muzeylərə hədiyyə edilən eksponatlar Naxçıvan Dövlət Tarix Muzeyinin, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin və digər muzeylərin ekspozisiyasında sərgilənəcək.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat –inspeksiya idarəsinin rəisi, polkovnik Rəşad Seyidov qeyd edib ki, Nazirliyin əməkdaşları tərəfindən əhali arasında hüquqi-maarifləndirmə tədbirləri aparılıb Nəticədə vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilən 18 müxtəlif adda qədim əşya, 6 tüfəng, 1 tapança və patrondaş muzeylərə hədiyyə edilib.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Mədinə Rəhimli