Tələbə rəssamlar əl işlərini sərgiləyiblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin sərgi salonunda “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” nə həsr edilmiş tələbə rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib.
30-dan çox əsərin nümayiş olunduğu sərgidə sulu və yağlı boya ilə çəkilmiş rəsmlər, dekorativ tətbiqi sənət nümunələri, müxtəlif tikmələr və digər əl işi nümunələri də sərgilənib.
Qeyd edək ki, əlamətdar tarixi günlərlə bağlı keçirilən sərgilər həm tələbələri tariximizə, soykökümüzə bağlı olmağa, həm də qabiliyyətlərini inkişaf etdirməyə ruhlandırır.
Sonra sərgiyə baxış olub.
Səadət Əliyeva