Milli Kitabxanada Cəlil Məmmədquluzadəyə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

A- A A+

Noyabrın 19-da Milli Kitabxanada Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Eyni zamanda, “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabının və “Cəlil Məmmədquluzadə-150” elektron məlumat bazasının təqdimatı olacaq.

NUHÇIXAN xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, TÜRKSOY, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq.

Beynəlxalq Elmi-Praktik Konfrans çərçivəsində Cəlil Məmmədquluzadənin məzarı və ev-muzeyi ziyarət olunacaq.

İki gün davam edəcək tədbirlərdə Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistandan dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları, müvafiq ölkələrin səfirləri, eyni zamanda, Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: