Polşanın pl.food-of-dream.com kulinariya portalında Azərbaycan mətbəxinin payız və qış mövsümü üçün vazkeçilməzlərindən olan balqabaqlı plovu barədə məqalə dərc edilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan plovlarına həsr olunmuş və onlarla çeşidin yer aldığı bölmənin budəfəki mövzusu balqabaqlı plov olub. Məqalədə plovun hazırlanma forması şəkillərlə ətraflı izah olunub və polşalı turistlərin bu yeməyi Azərbaycana gedib dadmaları tövsiyə edilib.
Qeyd olunur ki, bu plovun ətsiz versiyası vegetarianların zövqünü oxşayacaq, ət sevənlər isə mal və qoyun əti ilə hazırlaya bilərlər. Xüsusən bu plovun sevildiyi cənub zonasında yetişdirilən düyü ilə dadının daha möhtəşəm olduğu vurğulanır.